Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO

Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO

Tokio Olimpiadasında sərbəst güləş yarışları davam edir. Oyunlarda 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Şərif Şərifov təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. Olimpiya çempionumuz bu hüquqa Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevin finala çıxması sayəsində yiyələnib. 
Beləliklə, Şərif Şərifov sabah Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə  təsəlliverici qarşılaşmaya çıxacaq. Pəhləvanımız bu görüşdə qalib gələcəyi təqdirdə bürünc medal uğrunda kubalı Reineris Salas Perezlə üz-üzə gələcək. 
Xatırladaq ki, Şərif Şərifov 1/8 finalda rusiyalı Olimpiya çempionu Abdulrəşid Sadullayevə məğlub olmuşdu. 
 

Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO Şərif Şərifov üçün bürünc medal şansı yarandı - FOTO