Voleybolçularımız ikinci görüşdə də məğlub oldular 

Voleybolçularımız ikinci görüşdə də məğlub oldular 

Macarıstanın Samboteli şəhərində qadın voleybolçular arasında beynəlxalq "Savaria" turniri keçirilir. Komandamız turnirdə növbəti oyununa çıxıb. Voleybolçularımız ikinci görüşündə Niderland yığması ilə qarşılaşıb. Görüş "narıncılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstana 2:3 hesabı ilə məğlub olub. Millimiz son oyununu bu gün Çexiyaya komandasına qarşı keçirəcək.