Şərif Şərifov Tokio-2020-nin bürünc medalı üçün yarışacaq

Şərif Şərifov Tokio-2020-nin bürünc medalı üçün yarışacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir. Bu gün olimpiadada son güləşçilərimiz medal uğrunda mübarizə aparacaqlar. Pəhləvanlarımızdan ilk olaraq Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) təsəlliverici görüşə çıxıb. Pəhləvanımız gərgin keçən görüşdə gürcüstanlı rəqibi Elizbar Odikadzeyə 7:5 hesabı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə kubalı Reyneris Salas Pereslə qarşılaşacaq. 
Qeyd edək ki, London-2012-nin qızıl, Rio-2016-nın bürünc medalçısı olan Şərif Şərifov dünən ilk görüşündə rusiyalı Abdulrəşid Sadullayevə məğlub olmuşdu. Rusiyalı Olimpiya çempionunun finala çıxması güləşçimizin bürünc medal qazanması üçün təsəslliverici görüşdə iştirak etməsinə şərait yaradıb.