Mariya Stadnik: “Neçə idmançı mənim yerimdə olmaq istəyirdi”

Mariya Stadnik: “Neçə idmançı mənim yerimdə olmaq istəyirdi”

Tokio-2020-də bürünc medal qazanan təmsilçimiz Mariya Stadnik mükafatlandırma mərasimindən sonra yarış fikirlərini bölüşüb. Qazandığı medala görə sevinən xanım güləşçi bunları deyib: “Dünən çox məyus idim. Olimpiya oyunlarının qızıl medalını əldən vermişdim. Amma bu gün sevinirəm. Çünki Olimpiadada bürünc mükafata layiq görüldüm. Bu adi bir medal deyil. Neçə idmançı mənim yerimdə olmaq istəyirdi. Belə bir yarışda mükafat qazanmaq böyük uğurdur”.