Avroliqanın püşkü atılıb

Avroliqanın püşkü atılıb


Ötən həftə UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Püşkatma nəticəsində 48 komanda 12 qrupa bölünüb.
Ruslan Abışovun çıxış etdiyi "Rubin” klubu D qrupunda mübarizə aparacaq. Rusiya təmsilçisinin rəqibləri "Viqan”, "Maribor” və "Zulte Vareqem” klubları olub.
"Fənərbaxça” və "Beşiktaş”ın uzaqlaşdırılması ilə Türkiyənin bu turnirdə yeganə təmsilçisi olan "Trabzonspor” isə "Latsio”, "Legiya” və "Apollon” komandaları ilə mübarizə aparacaq.
"Xəzər Lənkəran”a tarixinin ən acı məğlubiyyətini yaşadan Hayfa "Makkabi”si "AZ Alkmaar”, PAOK və Karaqanda "Şaxtyor”u ilə bir qrupda yer alıb.
"Qarabağ”ı son anda qrupa düşməyə qoymayan Frankfurt "Ayntraxt”ı "Bordo”, APOEL və Təl-Əviv "Makkabi”si ilə bir qrupa düşüb. "İnter”i avroliqanın II təsnifat mərhələsindən kənarlaşdıran "Tromse” isə "Tottenhem”, "Anji” və "Şerif”lə eyni qrupdadır.
Qeyd edək ki, UEFA-nın İşçi Qrupunun iclasında avrokuboklardan kənarlaşdırılan Türkiyənin "Fənərbaxça” klubunu hansı komandanın əvəzləyəcəyi müəyyənləşib. Qərara əsasən, həmin komandanın adı püşk vasitəsilə bəlli olub. Bu hüquqa pley-off mərhələsində mübarizəni dayandıran 30 komandadan yalnız biri yiyələnməli idi. Həmin iştirakçılar arasında Azərbaycan təmsilçisi "Qarabağ” olsa da, püşk Qurban Qurbanovun yetirmələrinin üzünə gülməyib. Belə ki, Monakoda təşkil olunan püşkatmada Kiprin APOEL klubu sevinib.

A qrupu: "Valensiya” (İspaniya), "Suonsi” (İngiltərə), "Kuban” (Rusiya), "Sent Qallen” (İsveçrə);

B qrupu: PSV (Hollandiya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Çernomorets” (Ukrayna), "Ludoqorets” (Bolqarıstan);

C qrupu: "Standard” (Belçika), "Zalsburq” (Avstriya), "Elfsborq” (İsveç), "Esbyerq " (Danimarka);

D qrupu: "Rubin” (Kazan, Rusiya), "Viqan” (İngiltərə), "Maribor” (Sloveniya), "Zulte Vareqem” (Belçika);

E qrupu: "Fiorentina” (İtaliya), "Dnepr” (Ukrayna), "Pakos Fereyra” (Portuqaliya), "Panduri” (Rumıniya);

F qrupu: "Bordo” (Fransa), APOEL (Kipr), "Ayntraxt” (Almaniya), "Makkabi” (Təl-Əviv, İsrail);

G qrupu: "Dinamo” (Kiyev, Ukrayna), "Genk” (Belçika), "Rapid” (Avstriya), "Tyun” (İsveçrə);

H qrupu: "Sevilya” (İspaniya), "Frayburq” (Almaniya), "Eştoril” (Portuqaliya), "Slovan” (Çexiya);

İ qrupu: "Lion” (Fransa), "Betis” (İspaniya), "Gimaraynş” (Portuqaliya), "Riyeka” (Xorvatiya);

J qrupu: "Latsio” (İtaliya), "Trabzonspor” (Türkiyə), "Legiya” (Polşa), "Apollon” (Kipr);

K qrupu: "Tottenhem” (İngiltərə), "Anji” (Rusiya), "Şerif” (Moldova), "Tromse” (Norveç);

L qrupu: "Alkmaar” (Hollandiya), PAOK (Yunanıstan), "Makkabi” (Hayfa, İsrail), "Şaxtyor” (Qazaxıstan).