3 cüdoçumuz Avropa çempionu oldu

3 cüdoçumuz Avropa çempionu oldu

Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa çempionatı keçirilir. Nüfuzlu yarışın ilk günündə Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıb.
Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu adına sahib çıxıb. İ.Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edib. Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Daha iki cüdoçu - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medalla kifayətlənib.
Qeyd edək ki, 37 ölkənin qatıldığı Avropa çempionatında Azərbaycanı 14 cüdoçu (10 oğlan, 4 qız) təmsil edir.