Qadın güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı

Qadın güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı

Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Dördüncü yarış günündə - avqustun 19-da 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Güləşçimiz Elnurə Məmmədova (53 kq) təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.

Yarışa dörddəbir finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisi ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb.

Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına “tuşe” ilə qalib gəlib. Ancaq dörddəbir finalda Rumıniya təmsilçisinə uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) dünya çempionatında gümüş, Turan Bayramov (74 kq) və Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar.