Cüdo üzrə Naxçıvanın açıq birinciliyi keçirilib

Cüdo üzrə Naxçıvanın açıq birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikasında kiçikyaşlı yeniyetmə cüdoçular arasında açıq birincilik keçirilib. 11-13 yaşlı idmançılar arasında təşkil olunan yarışda Naxçıvan, Şərur, Culfadan 100-ə yaxın oğlan və qız cüdoçu medallar uğrunda yarışıb. Açıq birincilik pandemiyanın tam tələblərinə uyğun olaraq tamaşaçısız keçirilib. Müxtəlif çəki dərəcələrində Yusif Əhmədli, Əliİslam Səfərli, Qurban Məmmədli, Vaqif Cabbarov, Zəkəriyyə Həsənzadə, Məhəmməd Mədətli, Atilla Rəhimli, Əli Hüseynov, Sənubər Qurbanova, Aylin Məmmədli və Səkinə Bağırlı yarışın qalibi olub.
Qaliblərə diplomlar və medallar təqdim edilib.