Cüdoçularımız qitə çempionatına hazırlaşırlar

Cüdoçularımız qitə çempionatına hazırlaşırlar

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisi Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Hazırlıq prosesinə perespektivli gənc cüdoçularla yanaşı Türkiyə yığmasının üzvləri də qatılıb.
Komanda məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək qarşıdakı yarışlara hazırlaşır.
Qeyd edək ki, gənc cüdoçular sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.