Birinci MDB Oyunları: bayraqdarımız müəyyənləşib

Birinci MDB Oyunları: bayraqdarımız müəyyənləşib

Kazanda keçiriləcək birinci MDB Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı müəyyənləşib. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov komandamızın bayraqdarı olacaq. H.Cəfərov (67 kq) ötən həftə Rusiyanın digər şəhəri - Ufada keçirilən dünya çempionatının qalibi olub. Açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulub.