Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb.
AFFA-nın Futbol Akademiyasında keçirilmiş görüşdə bir neçə gündən sonra İsrail millisi ilə qarşılaşacaq komandamıza tövsiyələrini verən R.Abdullayev futbolçularımıza uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 7-də Ramat Gan şəhərindəki eyniadlı stadionda dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə qarşılaşacaq.