Azərbaycan milli Paralimpiya komandasının daha bir üzvünün Tokio-2020-də koronavirus testi müsbət çıxıb. Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, parataekvondoçumuz Aynur Məmmədovanın (+58 kq) verdiyi COVID-19 testi iki dəfə pozitiv nəticələnib. Lakin bunun onun komanda yoldaşlarına heç bir təsiri olmayacaq.
Daha əvvəl Rio-2016-nın qızıl mükafatçısı, paracüdoçu Ramil Qasımov da koronavirusa yoluxub.
Koronavirusa yoluxan parataekvandoçumuz yarışlardan kənarlaşdırıldı
![Koronavirusa yoluxan parataekvandoçumuz yarışlardan kənarlaşdırıldı](https://www.olimpnews.az/uploads/img/posts/2021/08/31/ugursuz cixis edibjpg-1630416570.jpg)