Taekvondo Federasiyasının vitse-prezidenti ATB-nin İdarə Heyətinə üzv seçilib

Taekvondo Federasiyasının vitse-prezidenti ATB-nin İdarə Heyətinə üzv seçilib

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərib. N.Səfərov yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib. Türkiyənin İstanbul şəhərində baş tutan ATB-in növbəti Baş Assambleyasında qurumun prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb. İdarə Heyətinin 14 üzvü arasında N.Səfərov da yer alıb.
Növbəti dörd il Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.