«O, heyətdə qaldıqca yeni ulduzların parlamasına mane olurdu»

«O, heyətdə qaldıqca yeni ulduzların parlamasına mane olurdu»

İtaliya futbolunun əsfanəsi Alessndro Del Pyero Kriştianu Ronaldunun «Yuventus»dan gedişi barəsində maraqlı fikirlər bildirib. «Qoca Sinyora»nın veteran futbolçusu deyib: «Yəqin ki, Ronaldu özü Turində qalmaq istəmədi. Həm də onun gedişi klubu böyük xərclərdən azad etdi. Ronaldu kimi futbolçunu klubda saxlamaq asan məsələ deyil. Həm də o, heyətdə qaldıqca yeni ulduzların parlamasına mane olurdu. Fikrimcə Ronaldu «Yuventus»da qalmaqla böyük çətinlik yaradırdı», - deyə Del Pyero bildirib.