İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj

İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj

Ötən gecə Çempionlar Liqasında qrup mərhələsinə start verilib. İlk oyun günündə 4 qrupda 8 görüş keçirilib. 

"Mançester Yunayted" "Yanq Boyz"un qonağı olub və 1:2 hesabı ilə uduzub. "Sevilya" "Zaltsburq" görüşündə qalib müəyyənləşməyib - 1:1. 

Gecənin ən çox marağla gözlənilən qarşılaşmasında "Barselona" doğma meydanda "Bavariya" ilə üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub. Bu qrupun digər oyununda "Benfika" "Dinamo" ilə görüşdə hesab dəyişməyib. ÇL-in son qalibi "Çelsi"  "Zenit"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Malmö" isə  evdə"Yuventus"a məğlub olub - 0:3.

 

Çempionlar Liqası

 

Qrup mərhələsi, 1-ci tur

 

14 sentyabr

 

E qrupu

 

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) -  0:0

 

F qrupu

 

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13

Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")

 

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2

Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83

 

Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")

 

G qrupu

 

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)

 

Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")

 

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0

 

Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")

 

H qrupu

 

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3

Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1

 

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0

Qol: Romelu Lukaku, 69

İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj İsveçrədə sevinc, İspaniyada kədər -  Fotoreportaj