DÇ-2022: finalın məkanı hazırdır

DÇ-2022: finalın məkanı hazırdır

Gələn il keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətərin daha bir stadionunun tikilişi başa çatıb.
“Lusail” stadionundakı ot örtüyü də dəyişdirilib.
Bununla dünya çempionatının keçiriləcəyi arenalardan 5-i tam hazır vəziyyətə gətirilib. Ümumilikdə planetin ən böyük yarışı 8 stadionda baş tutacaq ki, onlar arasında ən böyüyü 80 min tamaşaçı tutumuna malik “Lusail”dir. Mundialın final qarşılaşması da elə bu arenada olacaq.
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabr aralığında keçiriləcək.