Dünən I Divizionunun 2013/2014-cü illər mövsümünün püşkatma mərasimi keçirildi. Mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, çempionatda iştirak edəcək 15 klubun rəsmisi və KİV nümayəndələri iştirak edirdi.
Mərasimdə çıxış edən Ramin Musayev yeni mövsümlə bağlı fikirlərini bildirdi. PFL-in prezidenti 15 komandanın gərgin və maraqlı mübarizə aparacaqlarını vurğuladı: "I Divizionda maraqlı mövsüm olacaq. Hər komanda 21 yaşadək 6 futbolçu sifariş etməlidir. Həmçinin, komandalar 5 əvəzetmə etmək imkanına malikdirlər. İştirakçılar yeni mövsümə ciddi hazırlaşmalıdılar. Çünki növbəti mövsüm bu klublardan biri Topaz Premyer Liqasında çıxış etmək şansı qazanacaq. Elə Premyer Liqada da gərgin mübarizə gedəcək. Çünki ordan da bir klub aşağı liqaya düşəcək”.Qeyd edək ki, çempionatın təmsilçilərinin 11-i ötən mövsüm iştirak edənlərdi: "Ağsu”, "Qaradağ Lökbatan”, "Neftçala”, "Şahdağ”, MOİK, "Bakılı”, "Lokomotiv”, "Şuşa”, "Energetik”, "Göyəzən” və "Şəmkir”. Daha iki klub - "Kəpəz” və "Turan” son mövsümdə Premyer Liqanı tərk edənlərdi. Naxçıvanın "Araz” və Yevlaxın "Karvan” klubları isə yenidən çempionata qayıdıblar. Keçirilən püşkatma mərasimindən sonra ilk turda qarşılaşacaq komandalar məlum olub. Son çempion "Ağsu” "Kəpəz” klubu ilə qarşılacaq. Çempionata yenidən qayıdan "Araz” Tovuza səfər edəcək.
MəIumat üçün bildirək ki, I Divizionda 15 komanda iştirak etdiyindən püşkə əsasən "Şəmkir” komandası ikinci turdan mübarizəyə qoşulacaq.
I tur
14-15 sentyabr
"Turan” - "Araz”
"Qaradağ Lökbatan” - "Göyəzən”
"Neftçala” - "Karvan”
"Ağsu” - "Kəpəz”
"Energetik” - "Lokomotiv”
"Şuşa” - "Şahdağ”
MOİK - "Bakılı”