Azərbaycan nümayəndə heyəti AƏOH-un 26-cı Konqres və Assambleyasında ölkəmizi təmsil edir

Azərbaycan nümayəndə heyəti AƏOH-un 26-cı Konqres və Assambleyasında ölkəmizi təmsil edir

Sentyabrın 23-də Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyasına start verilib. Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil edirlər. Konqresin əsas mövzusu “Ədalətli Oyunlar üçün təhsil-Təşəbbüslər və Layihələr”dir.
Sentyabrın 24-də bu mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinləniləcək, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020/2021-ci illərin yekununa əsasən mükafatları sahiblərinə təqdim ediləcək.
Sentyabrın 25-də Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.
 

 

Azərbaycan nümayəndə heyəti AƏOH-un 26-cı Konqres və Assambleyasında ölkəmizi təmsil edir Azərbaycan nümayəndə heyəti AƏOH-un 26-cı Konqres və Assambleyasında ölkəmizi təmsil edir