Açıq əyləncəli futbol məktəbləri cari mövsümdə

Açıq əyləncəli futbol məktəbləri cari mövsümdə

Avqustun əvvəllindən başlayaraq açıq əyləncəli futbol məktəblərinin fəaliyyəti ilə bağlı tədbirlərə start verilib. Bununla bağlı avqustun 2-dən 6-dək Gürcüstanın Batumi şəhərində beynəlxalq seminar keçirilib. Seminarda layihənin Azərbaycan üzrə koordinatoru Kərim Ağayev və 10 nəfər təlimatçı, həmçinin Açıq əyləncəli Futbol məktəblərinin rəhbəri danimarkalı Anders Levinsen, Gürcüstan, Ukrayna, Moldova, Rusiya və ilk dəfə İraqdan olan təlimatçılar iştirak edib. Seminarda görüləcək işlər, yeni mövzular müzakirə olunaraq təsdiqlənib. Eyni zamanda, iştirakçı ölkələr arasıda təcrübə mübadiləsi aparılıb. Bütün bu yeniliklər məktəblərin builki fəaliyyətində öz əksini tapacaq. Bu il Azərbaycanda 18 AƏFM açılacaq. Məktəblər Ağdam, Bərdə, Füzuli, Sumqayıt, Yevlax, Göygöl, Siyəzən, Astara, Zərdab, Ucar, Ağsu, Oğuz, Göyçay, Lənkəran, Cəlilabad, Yardımlı, Ağstafa və Qazax nəzərdə tutulur. Bununla əlaqədar həmin şəhər və rayonlardan olan liderlər 10-12 avqust tarixdə Gürcüstanın Zuqdidi şəhərində keçirilən beynəlxalq seminarda iştirak edərək məktəblərin təşkili üçün müvafiq təlimatlar alıblar. Avqustun 18-dən 26-dək Oğuz rayonunda 3 mərhələ olaraq məşqçilərin seminarı keçirilib. Məktəblərin fəaliyyəti üçün lazım olan inventar paylanıb və sentyabrda qrafik üzrə tədbirlər təşkil olunacaq.