Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib

Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib

Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyası keçirilib. 22 ölkədən nümayəndələrin iştirak etdiyi tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.

Konqresin əsas mövzusu “Ədalətli Oyunlar üçün təhsil - təşəbbüslər və layihələr” olub.

Mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinlənilib, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020-2021-ci il üzrə yekunlarına əsasən mükafatları sahiblərinə təqdim edilib.

Azərbaycan nümayəndə heyəti tərəfindən AzƏOK-un 2020-2021-ci illər ərzində gördüyü işlərin hesabatı məruzə edilib.

Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, yeganə namizəd olan belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Latviyalı Baiba Veisa, xorvatiyalı Biserka Vrbek quruma yeni vitse-prezident təyin olunublar. MOK tərəfindən namizədliyi irəli sürülən AzƏOK-un sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirin sonunda AƏOH-un yeni seçilmiş prezidentinə MOK-un xatirə hədiyyəsi təqdim edilib.

Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib