Dünya çempionatına yollanacaq heyət müəyyənləşdi

Dünya çempionatına yollanacaq heyət müəyyənləşdi

Oktyabrın 6-dan 10-dək İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Yarışda ölkəmizi 9 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında keçiriləcək yarışlarda Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) iştirak edəcəklər.

Qadınların turnirində isə Aydan Vəliyeva (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.