“Qarabağ”ın müdafiəçiləri yığmalarına çağırıldı

“Qarabağ”ın müdafiəçiləri yığmalarına çağırıldı

Ötən ay Ermənistanla yoldaşlıq oyuna çağırılan "Qarabağ”ın aparıcı futbolçuları Ansi Aqolli ilə Admir Teli bu dəfə də millisindən dəvət alıb. İtaliyalı baş məşqçi Canni De Biasi Ağdam klubunun müdafiəçilərini Sloveniya və İslandiya ilə seçmə görüşlərə çağırıb.
Sloveniya ilə qarşılaşma sentyabrın 6-da Lyublyanada olacaq. İslandiya ilə oyun isə ayın 10-da Reykyavikdə baş tutacaq.
Qeyd edək ki, Aqolli ilə Teli Deyan Kelharla Sloveniyanın paytaxtında üz-üzə gəlmək imkanı əldə edib. Çünki "Qəbələ”nin müdafiəçisi də Sloveniya millisindən növbəti dəvətini alıb.