İngiltərədə yeni fond yaradılır

İngiltərədə yeni fond yaradılır

İngiltərə Premyer Liqasının aparıcı klubları yeni fond yaradacaq. Fondun hesabında 1,3 milyard dollardan artıq vəsait toplanacaq. Bu addımın əsas məqsədi koronavirus pandemiyası dövründə yüksək faizli kredit götürən klublara yardım etməkdir. Premyer Liqa təmsilçilərinə dəyən ümumi ziyan 2,7 milyardla ölçülür. Bu üzdən də klublar kredit götürməyə məcbur olub. Belə addım maaşlar və yeni müqavilələr üzrə ödənişlər üçün atılıb.