Belaruslu hakimlər Bakıya gəlir

Belaruslu hakimlər Bakıya gəlir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Finlandiya ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. oktyabrın 8-də baş tutacaq qarşılaşma Belarusdan olan briqadaya tapşırılıb. Həmin gün saat 20:30-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək matçı Viktor Şimuşik idarə edəcək. Ona Anton Qusev və Sergey Kosovets kömək edəcək.