Güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatında bürünc medal qazanıb

Güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatında bürünc medal qazanıb

Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında üçüncü olub. Yarışda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. O.Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Rusiya idmançısına məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Oktyabrın 4-də keçirilən görüşdə idmançımız Belarus təmsilçisinə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) da bürünc medala sahib olub.