Kamran Ağayev: “İsrailə qələbə üçün gedirik”

Kamran Ağayev: “İsrailə qələbə üçün gedirik”
İsraillə ilk oyunda Bakıda heç-heçə edən komandamız (1:1) səfərdə də xal qazanmaq niyyətindədir. Yığmamızın qapıçısı Kamran Ağayev səfər oyunu ilə bağlı fikrini bildirdi.

- İsti hava şəraitində məşqlərimizi davam etdiririk. Buna baxmayaraq, biz yaxşı məşq keçirik. Hər şey qaydasındadır və özümüzü yaxşı hiss edirik. Səfərə yaxşı hazırlıqlı yollanacağıq. Rəqib hücumçuların güclü cəhətlərini özümdə təhlil etməklə rəqibi tanımaq olmaz. Onsuz da İsrailin heyətində bir-birindən səviyyəli futbolçular olduğunu bilirik. Bu gün rəqib haqda deyil, öz oyunumuz barədə düşünürük. Çünki rəqib haqda fikirləşsək, bu, bizə daha çətin olar. Vacib olan öz oyunumuzun uğurlu alınmasıdır. Ancaq yenə deyirəm ki, rəqibin heyətində kimin olmasından asılı olmayaraq, biz də yaxşı hazırlıq keçirik. Yalnız öz oyunumuzu düşünməliyik. Yığmamız səfərdən qələbə ilə qayıda bilər. Şəxsən mən buna inanıram. Millimizin səfərləri zamanı əsas hədəf bir olur: Qələbə qazanmaq. Başqa cür oyuna köklənə də bilmərik. Bir daha deyirəm ki, İsrailə qələbə üçün gedirik.