UEFA Millətlər Liqası: Avropa çempionları daha bir titul üçün yarışacaq

UEFA Millətlər Liqası: Avropa çempionları daha bir titul üçün yarışacaq

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start verilir. A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq. Yarımfinalın ilk oyununda İtaliya İspaniya ilə qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  oktyabrın 7-də Belçika və Fransa yığmaları üz-üzə gələcək. Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.