Azərbaycan – İrlandiya matçını norveçli hakimlər idarə edəcək

Azərbaycan – İrlandiya matçını norveçli hakimlər idarə edəcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matçı norveçli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Espen Eskas olacaq. Ona Kim Tomas Haqlund və Oystein Ytterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi türkiyəli Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.