Millimiz səfərdə qrup liderinə məğlub oldu

Millimiz səfərdə qrup liderinə məğlub oldu

Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçiriib. A qrupunda yer alan komandamız Belqraddakı Rayko Mitiç stadionunda Serbiya yığması ilə qarşılaşıb. Belçikadan olan hakimlər briqadasının idarə etdiyi oyunda komandamız növbəti məğlubiyyətini alıb. Millimiz qrup liderinə qarşı səfər oyununda 3:1 hesabı ilə məğlub olub.  Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 30-cu dəqiqəsində Duşan Vlahoviç penaltidən fərqlənib. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissəyə Serbiya millisi daha fəal başlayıb. Bunun məntiqi nticəsi olaraq oyunun 53-cü dəqiqəsində dubl edən D.Vlahoviç komandasını hesabda önə keçirib. Qarşılaşmanın 83-cü dəqiqədə meydan sahiblərinin kapitanı Duşan Tadiç penaltidən fərqlənib. Bu, matçda vurulan sonuncu qol olub.
Beləliklə, Azərbaycan millisi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda aktivində 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə yer alıb. Serbiya isə 17 xalla A qrupuna başçılıq edir.