Azərbaycan milli komandasının məşqçisi Olaf Yansenin Almaniyanın "Dinamo” klubuna keçidi dəqiqləşib. Yığmamızda Berti Foqtsun köməkçisi olan mütəxəssis II Bundesliqa təmsilçisinin baş məşqçisi təyin olunub.
Drezden klubu baş məşqçi axtarışlarında müxtəlif çalışdırıcılarla danışıqlar aparsa da, sonda məhz Yansenlə ortaq məxrəcə gəlib. 2008-ci ildən ölkəmizdə çalışan mütəxəssis autsayderlər sırasında olan "Dinamo”nu bu durumdan çıxartmalıdır. Onunla 2015-ci ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, Yansen DÇ-2014-ün seçmə mərhələsinin İsraillə səfər oyununa yollanan millimizin heyətində yer almayıb. Onun rəqibimiz Rusiya ilə Lüksemburqun Kazanda qarşılaşmasını izləyəcəyi gözlənilirdi.