Gəncədə basketbol üzrə açıq şəhər birinciliyi keçirilib

Gəncədə basketbol üzrə açıq şəhər birinciliyi keçirilib

Gəncədə basketbol idman növü üzrə yeniyetmələr arasında açıq şəhər  birinciliyi keçirilib. Gəncə Olimpiya İdman Kompleksində təşkil olan görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, İdman kompleksinin və Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərliyi iştirak edib. Baş İdarə rəisi Həmid Nəsirov çıxış edərək ölkəmizdə Bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıdan danışıb, basketbol idman növünə marağın daha da artırılması üçün belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs edib və yarışda iştirak edən yeniyetmə idmançılara uğurlar arzulayıb.

Turnirin yekununda qalib gələn komandalar diplom, medal və kubokla mükafatlandırılıblar.