Mbappe ispaniyalı futbolçuya hədiyyə verdi

Mbappe ispaniyalı futbolçuya hədiyyə verdi

"Qızıl top"un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun adı açıqlanıb. Mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb. Ona mükafatı Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe təqdim edib. 27 yaşlı oyunçu həmyerlisi və komanda yoldaşı Cennifer Ermosonu, həmçinin İngiltərənin "Çelsi" klubundan Samanta Kerri geridə qoyub.