Türkiyə millisinin pley-off üçün son şansı

Türkiyə millisinin pley-off üçün son şansı


«Ay-ulduzlular» səfərdən yalnız qələbə ilə qayıtmalıdırlar

Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçiriləcək. Belə ki, qitə yığmalarının iştirakı ilə 23 qarşılaşma təşkil olunacaq. Azərbaycan millisi bu turda oynamayacaq. Azarkeşlər millimizin də yer aldığı F qrupu ilə yanaşı, digər qruplarda da baxımlı görüşlərin şahidi olacaqlar. Bu oyunlardan sonra Braziliya gedəcək bəzi komandaların adları bəlli olacaq.

DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası
A qrupu
Makedoniya doğma azarkeşlər önündə Uels millisini qəbul edib.
Meydan sahibləri matçda hesabı açsalar da, qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Buna baxmayaraq, makedoniyalılar bu oyunda fərqləniblər. Komandanın heyətində Traykovski fərqlənib.
Serbiya evdə Xorvatiya yığmasını qəbul edib. Matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar. Qrupun lideri Belçika komandası isə səfərdə Şotlandiya yığmasının qonağı olub. Oyun belçikalıların üstünlüyü şəraitində keçib. Hər hissədə bir qol vuran qonaqlar qələbəni bayram ediblər.
Bu nəticələrdən sonra Belçika yığması inamla turnir cədvəlinə liderlik edir. Xorvatiya millisi isə lideri izləməkdə davam edir.

6 sentyabr
Makedoniya - Uels - 2:1
Qollar: Triçovski, 21, Traykovski, 80 - Remzi, 39 (pen.).

Serbiya - Xorvatiya - 1:1
Qollar: Nitroviç, 66 - M. Mandzukiç.
Qırmızı vərəqə: N. Matiç, 75 (Serbiya).

7 sentyabr
Şotlandiya - Belçika - 0:2
Qollar: Defur, 38, K. Mirallas, 89.

10 sentyabr
23:30. Makedoniya - Şotlandiya
23:45. Uels - Serbiya

O Q H M T X
1. Belçika 8 7 1 0 15-2 22
2. Xorvatiya 8 5 2 1 11-5 17
3. Serbiya 8 2 2 4 10-10 8
4. Makedoniya 7 2 1 4 5-8 7
5. Uels 7 2 0 5 7-16 6
6. Şotlandiya 8 1 2 5 4-11 5

B qrupu
Çexiya yığması Ermənistan komandası ilə münasibətlərinə aydınlıq gətirib. Oyun sensasiya ilə yadda qalıb. Belə ki, özlərini qonaq kimi aparmayan Ermənistan yığması hesabı açan tərəf olub. lakin meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olublar. Buna baxmayaraq, qonaqlar növbəti dəfə hesabda önə çıxıblar.
Daha sonra Malta evdə Danimarka komandasının qonağı olub. Matç qonaqların minimum hesablı qələbəsi ilə başa çatıb. Lider İtaliya yığması isə Bolqarıstan komandası ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Yeganə qolu meydan sahibləri vurublar - 1:0.
Növbəti turda İtaliya yığmasının DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şansı öz əlindədir. Çexiyanı udacağı halda, apenninlilər Braziliyadakı yarışa gedəcəklər.

6 sentyabr
Çexiya - Ermənistan - 1:2
Qollar: Rosiçki, 70 - Mkrtçyan, 31, Qazaryan, 90.

Malta - Danimarka - 1:2
Qollar: Failla, 38, - Andreasen, 2, Eriksen, 52.

İtaliya - Bolqarıstan - 1:0
Qol: Alberto, 38.

10 sentyabr
21:00. Ermənistan - Danimarka
23:00. Malta - Bolqarıstan
23:45. İtaliya - Çexiya

O Q H M T X
1. İtaliya 7 5 2 0 13-4 17
2. Bolqarıstan 7 2 4 1 11-5 10
3. Çexiya 7 2 3 2 7-6 9
4. Ermənistan 7 3 0 4 8-9 9
5. Danimarka 7 2 3 2 8-10 9
6. Malta 7 1 0 6 3-16 3

C qrupu
Qazaxıstan yığması evdə Farer adaları komandasını qəbul edib. Hesabda geriyə düşən meydan sahibləri oyunda dönüş yarada biliblər. Matçın gedişində 2 qol vuran qazaxıstanlılar qələbəni bayram ediblər - 2:1. Qeyd edək ki, İrlandiya - İsveç komandalarının qarşılaşmasında da eyni hesab qeydə alınıb. Lakin bu dəfə qonaqlar fərqləniblər.
Turnir cədvəlinin lideri Almaniya komandası evdə Avstriya millisi ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü ilə keçən matç onların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Növbəti turda final mərhələsinə vəsiqənin sahibinin adına aydınlıq gələ bilər. Almaniya millisi qələbə qazanmaq üçün Farer adalarını məğlub etməklə yanaşı, İsveçin Qazaxıstanda büdrəməsinə ümid etməlidir.

6 sentyabr
Qazaxıstan - Farer adaları - 2:1
Qollar: Jumaskaliev, 50 (pen.), Finonçenko, 64 - Benjaminsen, 23.

İrlandiya - İsveç - 1:2
Qollar: R. Kin, 22 - Yohan Elmander, 33, Svensson, 57.

Almaniya - Avstriya - 3:0
Qollar: M. Kloze, 33, T. Kroos, 51, T. Müller, 88.

10 sentyabr
21:00. Qazaxıstan - İsveç
23:45. Avstriya - İrlandiya
23:45. Farer adaları - Almaniya

O Q H M T X
1. Almaniya 7 6 1 0 25-7 19
2. İsveç 7 4 2 1 13-8 14
3. Avstriya 7 3 2 2 15-8 11
4. İrlandiya 7 3 2 2 13-12 11
5. Qazaxıstan 7 1 1 5 4-16 4
6. Farer adaları 7 0 0 7 3-22 0



D qrupu
Rumıniya evdə Macarıstan millisini sınağa çəkib. Meydan sahiblərinin hücumları şəraitində keçən matçda 3 qol vurulub. Bütün qollar rumınlardan gəlib. Yeni baş məşqçisi Fatih Terimlə ilk matçına çıxan Türkiyə millisi doğma azarkeşlər önündə Andorranı qəbul edib. DÇ-yə qatılmaq şansı çox az olan qardaş ölkə yığması bu oyun 5 cavabsız qolla sevinib. Hollandiya səfərdə Estoniya yığmasının qonağı olub. Hesabda geri olan «narıncılar» son saniyələrdə məğlubiyyətdən xilas olublar - 2:2.
Bu gün keçiriləcək Rumıniya - Türkiyə matçına ölkəmizdə maraq böyükdür. Çətin durumda olan Fatih Terimin yetirmələri pley-off şanslarını saxlamaq üçün səfərdən qələbə ilə dönməlidir. Əks halda, onların işi daha da çətinə düşəcək. Məğlubiyyət isə "ay-ulduzlular” üçün son anlamına gələcək. Çünki 2-ci yerə əsas namizəd olan rumıniyalılar Andorra ilə asan oyunu da qalıb. Üstəlik, Macarıstan da sabah xal hesabını artırmaq imkanına malikdir. Bu qrupun aşkar lideri Hollandiya isə artıq bu gün mundiala vəsiqəni təmin edə bilər. Bunun üçün "narıncılar” Andorraya qalib gəlməli, Rumıniya isə xal itirməlidir. Hollandiya heç-heçə etməklə də istəyinə çata bilər. Bunun üçün Türkiyə qalib gəlməli, Estoniya uduzmamalıdır.

6 sentyabr
Rumıniya - Macarıstan - 3:0
Qollar: Marika, 2, Pintili, 31, Tanase, 88.

Türkiyə - Andorra - 5:0
Qollar: Umut Bulud, 35, 40, 68, Burak Yılmaz, 63, Arda Turan, 90.

Estoniya - Hollandiya - 2:2
Qollar: Vassilyev, 18, 57 - Robben, 2, Van Persi, 90 (pen.).
Qırmızı vərəqə: Piroja, 90 (Estoniya).

10 sentyabr
23:00. Rumıniya - Türkiyə
23:30. Andorra - Hollandiya
23:30. Macarıstan - Estoniya

O Q H M T X
1. Hollandiya 7 6 1 0 22-4 19
2. Rumıniya 7 4 1 2 13-10 13
3. Macarıstan 7 3 2 2 13-11 11
4. Türkiyə 7 3 1 3 12-7 10
5. Estoniya 7 2 1 4 5-11 7
6. Andorra 7 0 0 7 0-22 0

E qrupu
Norveç doğma azarkeşlər önündə Kipr millisi ilə qarşılaşıb. Hər hissədə bir qol vuran meydan sahibləri qələbəni bayram ediblər. Lider İsveçrə yığması evdə İslandiya komandası ilə üz-üzə gəlib. Matçda 8 qol vurulsa da, qalib müəyyənləşməyib - 4:4. Sloveniya - Albaniya qarşılaşmasının taleyini bir qol həll edib. Yeganə qolu meydan sahibləri vurublar. Komandanın heyətində Kempl fərqlənib.
Növbəti turda İsveçrə yığması də Braziliyaya vəsiqəni təmin etməsi mümkündür. Bunun üçün onlar Norveçi məğlub etməli, İslandiya isə Albaniya ilə heç-heçə etməlidir.

6 sentyabr
Norveç - Kipr - 2:0
Qollar: Elyunussi, 43, Kinq, 66.

İsveçrə - İslandiya - 4:4
Qollar: Liçtsteyner, 15, 30, F. Şar, 27, Cemaili, 54 (pen.) - Qudmundsson, 3, 68, 90, Siqtorsson, 56.

Sloveniya - Albaniya - 1:0
Qol: K. Kempl, 19.

10 sentyabr
22:00. Norveç - İsveçrə
23:30. Kipr - Sloveniya

11 sentyabr
00:00. İslandiya - Albaniya

O Q H M T X
1. İsveçrə 7 4 3 0 12-5 15
2. Norveç 7 3 2 2 9-7 11
3. Albaniya 7 3 1 3 7-7 10
4. İslandiya 7 3 1 3 12-13 10
5. Sloveniya 7 3 0 4 9-10 9
6. Kipr 7 1 1 5 4-11 4
                                                                                                    
F qrupu
Səfərdə Şimali İrlandiyanın qonağı olan qrup lideri Portuqaliya millisi bu oyunda 4:2 hesabı ilə qalib gələrək yerini möhkəmləndirib. Rusiya yığması isə doğma azarkeşləri önündə Lüksemburqu qəbul edib. Fabio Kapellonun yetirmələri rəqibi 4 qolla məğlub edərək xalını daha da artırıb.
3 gün əvvəl İsraillə səfərdə heç-heçə edən millimiz (1:1) bu dəfə istirahət edəcək. Lakin yığmamızın mübarizə apardığı F qrupundakı rəqiblərinin iştirakı ilə 2 matç təşkil olunacaq. İsraillilər səfərdə Rusiyanın qonağı olacaq. Mundial şanslarını qorumaq üçün qonaqlar bu matçda qalib gəlməyə məcburdursa, meydan sahibləri 1-ci yer üçün sonadək mübarizə aparmaq iddiasındadır. Digər görüşdə isə millimizlə qonşu pillədə qərarlaşanlar - Şimali İrlandiya və Lüksemburq komandaları qarşılacaqlar. Britaniyalıların qələbəsi komandamızın 4-cü yer arzusuna ciddi zərbə vurmuş olacaq. "Cırtdan ölkə” təmsilçisinin qələbəsi isə millimizi son pilləyə yuvarlasına səbəb ola bilər.

6 sentyabr
Rusiya - Lüksemburq - 4:1
Qollar: Joaçim, 90 - Kokorin, 1, 36, Kerjakov, 60, A. Səmədov, 90.

Şimali İrlandiya - Portuqaliya - 2:4
Qollar: MakAuley, 36, Vard, 52 - B. Alveş, 21, Ronaldo, 68, 77, 83.
Qırmızı vərəqə: Brunt, 61, Lafferti, 80 - Poştiqa, 43.

10 sentyabr
20:00. Rusiya - İsrail
23:15. Lüksemburq - Şimali İrlandiya

O Q H M T X
1. Portuqaliya 8 5 2 1 16-8 17
2. Rusiya 7 5 0 2 12-3 15
3. İsrail 6 3 2 1 15-8 11
4. Ş. İrlandiya 7 1 3 3 6-11 6
5. Azərbaycan 7 0 4 3 3-9 4
6. Lüksemburq 7 0 3 4 4-17 3

G qrupu
Latviya doğma azarkeşlər önündə Litva yığması ilə qarşılaşıb. Matçda bütün qollar birinci hissədə vurulub. Meydan sahiblərinin 2 qoluna qonaqlar 1 dəfə cavab veriblər. Slovakiya yığması Bosniya və Hersoqovinaya səfərini qələbə ilə başa vurub. Qonaqlar 1 qolla 3 xal əldə ediblər. Lixtenşteyn - Yunanıstan komandalarının qarşılaşmasının da taleyini bir qol həll edib. Növbəti mərhələyə namizəd olan Bosniya və Hersoqovina və Yunanıstan yığmaları şanslarını saxlayırlar.
6 sentyabr
Latviya - Litva - 2:1
Qollar: Bulvitis, 20, Zjuzins, 42 - Panka, 44.

Bosniya və Hersoqovina - Slovakiya - 0:1
Qol: Pekovski, 77.

Lixtenşteyn - Yunanıstan - 0:1
Qol: Mitroqlu, 72.
Qırmızı vərəqə: David Hasler, 66 - Holebas, 59.

10 sentyabr
20:30. Litva - Lixtenşteyn
23:15. Slovakiya - Bosniya və Hersoqovina
23:45. Yunanıstan - Latviya

O Q H M T X
1. Bosniya və Hers. 7 5 1 1 23-4 16
2. Yunanıstan 7 5 1 1 8-4 16
3. Slovakiya 7 3 3 1 8-5 12
4. Latviya 7 2 1 4 8-15 7
5. Litva 7 1 2 4 5-10 5
6. Lixtenşteyn 7 0 2 5 3-17 2

H qrupu
Ukrayna - San Marino komandalarının qarşılaşmasında turnirin ən böyük hesablı nəticəsi qeydə alınıb. Meydan sahibləri rəqib qapısından, nə az, nə çox, düz 9 top vurublar. Polşa doğma azarkeşlər önündə Çernoqoriya yığmasını sınağa çəkib. Tərəflər hərəyə bir qol vuraraq, 1 xal qazanıblar. İngiltərə evdə Moldova millisini qəbul edib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç onların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə və Çernoqoriya komandaları 15 xalla liderliklərini davam etdirirlər.

                                                                                        
6 sentyabr
Ukrayna - San Marino - 9:0
Qollar: Deviç, 11, Seleznyov, 26, Edmar, 32, Xaçeridi, 45, 54, Konoplyanka, 50, Bezus, 63, Fedetskiy, 74, Rakitskiy, 90.

Polşa - Çernoqoriya - 1:1
Qollar: Levandovski, 16 - Damyanoviç, 12.

7 sentyabr
İngiltərə - Moldova - 4:0
Qollar: Cerrard, 12, Lambert, 27, Velbek, 45, 51.

10 sentyabr
23:45. San Marino - Polşa
23:45. Ukrayna - İngiltərə

O Q H M T X
1. İngiltərə 7 4 3 0 25-3 15
2. Çernoqoriya 8 4 3 1 15-8 15
3. Ukrayna 7 4 2 1 19-4 14
4. Polşa 7 2 4 1 13-8 10
5. Moldova 8 1 2 5 4-15 5
6. San Marino 7 0 0 7 0-38 0

İ qrupu
Qafqaza gələn Fransa millisi isə qonşu Gürcüstanın qonağı olub. Tərəflər meydandan qolsuz bərabərliklə ayrılıb. Səfərdə Finlandiya ilə qarşılaşan son Avropa və dünya çempionu İspaniya 2:0 hesabı ilə məğlub edib.
Növbəti turda Gürcüstan Finlandiya komandasını sınağa çəkəcək. Fransa yığması isə səfərdə Belarus millisi ilə qarşılaşacaq.

6 sentyabr
Gürcüstan - Fransa - 0:0

Finlandiya - İspaniya - 0:2
Qollar: Alba, 19, Neqredo, 86.

10 sentyabr
22:00. Gürcüstan - Finlandiya

11 sentyabr
00:00. Belarus - Fransa

O Q H M T X
1. İspaniya 6 4 2 0 10-2 14
2. Fransa 6 3 2 1 8-4 11
3. Finlandiya 6 1 3 2 4-6 6
4. Gürcüstan 6 1 2 3 3-7 5
5. Belarus 6 1 1 4 4-10 4


Rahib