Taekvondo üzrə Azərbaycan birinciliyi keçirilir

Taekvondo üzrə Azərbaycan birinciliyi keçirilir

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyinə start verilib. 2005-2007-ci illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda 226 (170 oğlan, 56 qız) taekvondoçu mübarizə aparır.
İki gün davam edəcək birincilik koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.