Milli və kəmər güləşçiləri Cəlilabadda yarışıblar

Milli və kəmər güləşçiləri Cəlilabadda yarışıblar

Cəlilabad Olimpiya İdman Kompleksində milli güləş üzrə ölkə birinciliyi, kəmər güləşi üzrə ölkə birinciliyi və çempionatı keçirilib.
Yarışlarda 15 komandanın tərkibində 150-dən çox güləşçi iştirak edib. Hər iki yarışda komanda üzrə Cəlilabad rayonunun güləşçiləri birinci yerə çıxıblar.
Qaliblərə Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının diplom və medalları təqdim edilib.