Çempion tərəziyə qayıtmadı

Çempion tərəziyə qayıtmadı

Avstraliyalı döyüşçü Castin Tafa Mütləq Döyüş Çempionatı (UFC) tarixində çəki dərəcəsində məğlub olan ilk ağır çəkili idmançı olub. C.Tafa Las-Veqasda keçiriləcək “UFC Fight Night 199”da amerikalı Harri Hansakerlə qarşılaşmalı idi. Avstraliyalının çəkisi 121,1 kq olub ki, bu da kateqoriya limitindən 450 qram çoxdur.
UFC tarixində ilk dəfə çəki ölçmədən sonra döyüş ləğv edilib.
C.Tafa ilk cəhddən sonra tərəziyə qayıtmayıb. 28 yaşlı oyunçunun hesabında 4 qələbə, 3 məğlubiyyət var. O, 2019-cu ildən UFC-də çıxış edir.