Yeni ildən yeni bolidlə

Yeni ildən yeni bolidlə

«Ferarri» komandası yeni bolidin təqdimetmə mərasiminə hazırlaşır. Tədbirin fevralın 18-də təşkil olunması planlaşdırılır. Bu barədə məlumatı «Ferarri»nin rəhbəri Mattia Binotto «Autosport» saytına verib.
«Uzun müddətdir ki, yeni və yüksək imkanlara malik olan bir bolid üzərində işləyirik. Məqsədimiz odur ki, pilotlar yarış zamanı özlərini rahat və təhlükəsiz hiss etsinlər. Belə olduğu təqdirdə biz yüksək nailiyyətlər əldə etmək üçün heç bir maneə görməyəcəyik», - deyə Binotto bildirib.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən «Ferrari» Mühəndislər Kubokunda 323,5 xal toplayaraq, üçüncü yerdə qərarlaşmışdı.