Kipr komandası da baş məşqçisiz qaldı

Kipr komandası da baş məşqçisiz qaldı

DÇ-2014-ün seçmə mərhələsinin bu həftə baş tutan oyunlarından sonra daha bir baş məşqçi tutduğu vəzifəsindən istefa verib. Sloveniyaya millisinə 0:2 hesabı ilə məğlub olan Kipr yığması baş məşqçisiz qalıb. Komandanın məşqçisi Nikos Nioplias məğlubiyyətdən sonra öz istəyi ilə vəzifəsini tərk edib.
Qeyd edək ki, Nikos Niopliasla mövcud müqavilənin müddəti bu ilin noyabr ayında başa çatacaq.
Xatırladaq ki, bu həftə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən görüşlərdən sonra Covanni Trapattoni (İrlandiya), Mircəlal Qasımov (Özbəkistan) və Mihal Bilek də (Çexiya) tutduqları vəzifə ilə vidalaşıblar.