Avrokubokların formatı dəyişiləcək?

Avrokubokların formatı dəyişiləcək?

2015-ci ildə etibarən avrokubokların formatında dəyişiklik ediləcək. Bu məsələ ilə bağlı islahatların aparılması Avropa Klublar Assosiasiyasının 11-ci Baş Assambleyasında müzakirə olunub.
Azərbaycanın 4 klubu - "Bakı”, "Neftçi”, AZAL və "Xəzər Lənkəran”ın da təmsil olunduğu mərasimdə əsasən Avropa Liqasının nüfuzunun artırılması yolları axtarılıb. İclasda bir sıra məsələlərə də toxunulub. Belə ki, yarışın son qalibinin növbəti il Çempionlar Liqasının qrupuna yüksəlməsi, təkcə qalibin deyil, 1/4 finalçıların belə vəsiqə əldə etməsi kimi variantlar müzakirə olunub. Avrokuboklardakı islahatlar hələlik yalnız müzakirələr mərhələsindədir. Bununla bağlı, yekun qərarı isə UEFA verəcək.