Gürcüstan millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Qafqazlılar Tiflisdəki "Boris Payçadze” stadionunda Finlandiya yığmasını qəbul edib. Görüşün taleyini qonaq komandanın futbolçusu Roman Yeremenkonun matçın 74-cü dəqiqəsində penaltidən vurduğu qol həll edib - 0:1.
Bu matçda "Qarabağ”ın hüçumçusu da iştirak edib. Start heyətində yer alan Nikoloz Gelaşvili oyunun 57-ci dəqiqəsində Elquca Qriqalaşvili ilə əvəzlənib. İlk dəfə Gürcüstan millisinə dəvət alan "İnter”in hücumçusu Baçana Sxadadze isə ehtiyatda qalıb.
Qeyd edək ki, keçirdiyi 7 oyundan sonra hesabında 5 xal olan Gürcüstan yığması yer aldığı İ qrupunda 4-cü pillədə qərarlaşıb.