Astarada uşaq əyləncəli futbol məktəbi açılıb

Astarada uşaq əyləncəli futbol məktəbi açılıb


Buyaxınlarda Astara Olimpiya İdman Kompleksində açıq uşaq əyləncəli futbol məktəbinin açılış mərasimi keçirilib.
Tədbir Gənclər və İdman Nazirliyi, Beynəlxalq Uşaq Əyləncəli Futbol Məktəbinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Mərasimdə iştirak edən 2001-2006-cı illər təvəllüdlü uşaqlar futbol etüdlərini nümayiş etdirdikdən sonra futbol qrupları arasında yoldaşlıq görüşləri keçirilib.
Yeniyetmə futbolçular idman geyimləri, top və sertifikatlarla mükafatlandırılıblar.