Bakının "Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun DÇ-2014-ün Braziliyada keçiriləcək final mərhələsində oynamaq arzusu ürəyində qalıb. Hücumçunun şərəfini qoruduğu Özbəkistan milli komandası mundiala yüksəlmək imkanını əldən verib.
Asiya qitəsinin pley-off mərhələsinin cavab oyununda İordaniya yığması ilə 1:1 hesablı heç-heçə edən Nasimovun komandası penaltilər seriyasında məğlub olub - 8:9. Bununla da Özbəkistan DÇ-2014-ə vəsiqə uğrunda mübarizəni dayandırıb. Start heyətində meydana çıxan Bahodir oyunun 88-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Nasimov 1:1 hesabı ilə başa çatan ilk oyunda da start heyətində meydana çıxaraq 65 dəqiqə oynamışdı.