Danimarka və Niderland Pekin-2022-nin diplomatik boykotuna qoşulub

Danimarka və Niderland Pekin-2022-nin diplomatik boykotuna qoşulub

Pekin-2022 Qış Olimpiya Oyunlarının diplomatik boykotuna daha iki ölkə qoşulub. Danimarka oyunlara diplomat göndərməyəcək. Ölkənin xarici işlər naziri Yeppe Kofod Çində insan haqlarının vəziyyətindən narahatlığını bildirib.
Niderland da diplomatik boykot elan edib. Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü bu barədə məlumatı təsdiqləyib. "Çinin antikoronavirus tədbirləri səbəbindən, Niderlandın insan hüquqları ilə bağlı ciddi narahatlıqlarının əsaslı şəkildə müzakirə oluna biləcəyi ev sahibi ölkə ilə ikitərəfli əlaqələr üçün yalnız məhdud imkanlar olacaq", - XİN rəsmisi deyib.