İlin ilk qızıl medalı

İlin ilk qızıl medalı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında qızıl medal qazanıb. Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.
Xəbəri sosial şəbəkə hesabında paylaşan gənclər və idman naziri Fərid Qayıbov "İlin ilk qızılı" yazıb.