“Xəzər Lənkəran”ın keçmiş futbolçusu komandasını final mərhələsinə çıxartdı

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu komandasını final mərhələsinə çıxartdı

"Xəzər Lənkəran”ın keçmş hücumçusu Rendall Brenes ölkəsində qəhrəmana çevrilib. O, Kinqstonun "İndependens Park” stadionunda keçirilən Yamayka - Kosta-Rika matçında qol vurmaqla, komandasını dünya çempionatına çıxarıb. Belə ki, matçın 67-ci dəqiqəsində Norveçin "Volerenqa” klubunun yarımmüdafiəçisi Dieqo Kalvonun yerinə meydana daxil olan 30 yaşlı futbolçu az sonra görüşdə hesabı açıb. Brenes meydana daxil olduqdan 8 dəqiqə sonra fərqlənib. Meydan sahibləri son dəqiqələrdə hesabı bərabərləşdirsə də, Kosta-Rika millisinin qazandığı 1 xal onun dünya çempionatına çıxmasına kifayət edib.
Qeyd edək ki, Rendall Brenes ötən ilin qışında Cüneyt Biçərin vaxtında "Xəzər Lənkəran”a transfer olunub. Ancaq Yunis Hüseynovun vaxtında, yəni ötən ilin yayında komandadan ayrılaraq cənublulara kimi oynadığı "Kartaxines” klubuna keçib.