Leonel Messi məvacibinin artırılmasını tələb edir

Leonel Messi məvacibinin artırılmasını tələb edir

İspaniyanın "Barselona” klubunun hücumçusu, 26 yaşlı argentinalı futbolçu Leonel Messi klubun rəhbərliyindən məvacibinin təxminən iki dəfə artırılmasını, yəni indiki 10,5 milyon avronun artırılıb 18 milyon avroya çatdırılmasını tələb etməyə hazırlaşır. Bu buş verdiyi təqdirdə L.Messi dünyada ən yüksək məvacibli futbolçuya çevrilə bilər. "Punto Pelota”nın məlumatına görə, Messi klub yoldaşı braziliyalı Neymardan və Madridin "Real” klubunun oyunçusu portuqaliyalı Kriştanu Ronaldudan çox qazanmaq istəyir. Neymarın məvacibi iki hissədən ibarətdir. 7 milyon avro məvacib kartı, 10 milyon isə bonus üçün nəzərdə tutulub. Ronaldu da 17 milyon avro məvacib alır. Lakin yeni müqaviləyə görə, bu futbolçu 18 milyon avro qazanacaq. İspaniya KİV nümayəndələrinin məlumatına görə, L.Messi 3-5 milyon avro məbləğində bonuslara ümid bəsləyir. Bu isə onun 23 milyon avro qazanmasına imkan verəcək.
Qeyd edək ki, Leonel Messi Devid Bekhem və Kriştanu Ronaldodan sonra ən yüksək məvacibli futbolçuların reytinqində ilk onluğa daxildir. Bekhemin may ayında karyerasını başa çatdırdığını nəzərə alsaq, L.Messinin pullu futbolçular arasında lider olması üçün yeganə rəqibi Ronaldudur.