Avropa Parlamentinin deputatı Derk Yan Eppink 100 milyon avroya yaxın məbləğ qarşılığında "Tottenhem”dən Madrid "Real”ına keçən uelsli cinah oyunçusu Qaret Beylin səs-küylü transferinin araşdırılmasına başlanılması üçün Avropa Komissiyasına sorğu göndərmək niyyətindədir. Deputat təkid edir ki, sövdələşmə "Bankia” bank konqlomeratının vasitəsilə baş tutub, halbuki klubun borcları 600 milyon avro təşkil edir, klub qismən "Bankia”nın bir hissəsi olan "Caja de Madrid” tərəfindən maliyyələşir.
"AS” Eppinkin sözlərini belə təqdim edib: ""Bankia” buyaxınlarda Avropa sabitləşdirmə mexanizmi sayəsində müflisləşmədən qurtulub ki, bu da 18 milyard avroya başa gəlib. Amma indi o, özü "Real”a belə sövdələşmələrdə kömək edir. Belə hallar olmamalıdır”.