Cüdoçularımız Sarayevoya yollanırlar

Cüdoçularımız Sarayevoya yollanırlar

Fevralın 12-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku start götürəcək. 27 ölkədən 362 idmançının iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da  qüvvələrini sınayacaqlar.
Turnirdə Azərbaycanın 22 təmsilçisinin iştirakı planlaşdırılır. Belə ki, komandamızın heyətində 16 kişi, 6 qadın cüdoçusu yer alıb.