Bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) mübarizə aparan klublardan ən bahalı heyətə sahib olanın adı məlum olub.
Almaniya mətbuatının yaydığı məlumata görə, siyahıda ilk iki pillədə İspaniya klubları qərarlaşıb.
"Barselona” təxminən 587 milyon 300 min avro ilə ÇL-in ən bahalı klubu olub. İkinci sırada isə 571 milyon 500 min avro ilə Madridin "Real” klubu qərarlaşıb. "Kral klubu” B qrupundakı rəqibləri "Qalatasaray”, "Yuventus” və "Kopenhagen”in birlikdəki heyətindən (523 milyon 950 min avro) daha yüksək dəyərli heyətə sahibdir.
"Qalatasaray”ın bu mövsümkü heyətinin qiyməti 156 milyon 300 min, "Yuventus”un heyətinin qiyməti 343 milyon 100 min, "Kopenhagen”inki isə 24 milyon 550 min avrodur.