Avropa çempionatına Albaniya ev sahibliyi edəcək

Avropa çempionatına Albaniya ev sahibliyi edəcək

Apreldə Bolqarıstanda keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatına Albaniya ev sahibliyi edəcək. Buna Bolqarıstan milli federasiyasının problemlərlə üzləşməsi və yarışı təşkil edə bilməməsi səbəb olub. Albaniyanın paytaxtı Tiranada keçiriləcək qitə çempionatı mayın 25-dən iyunun 3-dək davam edəcək.
Qeyd edək ki, ağırlıqqaldırma üzrə sonuncu Avropa çempionatı ötən il Rusiyanın paytaxtı Moskvada keçirilib.